Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın mənfəəti son bir ildə 38% artıb

«Azərbaycan Sənaye Bankı»nın mənfəəti son bir ildə 38% artıb
# 17 noyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC bu ilin yanvar-sentyabr aylarında 1,774 mln. manat həcmində mənfəət əldə edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 38% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 52% artaraq 13,450 mln. manata, o cümlədən faiz gəlirləri 57% artaraq 10,709 mln. manata, qeyri-faiz gəlirləri isə 32% artaraq 2,741 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 53% artaraq 11,676 mln. manat, o cümlədən faiz xərcləri 13% azalaraq 2,816 mln. manat, qeyri-faiz xərcləri isə təxminən iki dəfə artaraq 8,879 mln. manat olub.

Nəticədə, bankın faiz mənfəəti son bir ildə 2,2 dəfə artaraq 7,893 mln. manat, qeyri-faiz zərəri isə 2,6 dəfə artaraq 6,138 mln. manat təşkil edib.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 9 filialı, 32 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR