Bank Of Baku

Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,8 mlrd. manat daxil olub

Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,8 mlrd. manat daxil olub
# 17 noyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Vergilər Nazirliyi tərəfindən 4 790,8 mln. manat məbləğində vergi və tədiyyələrin dövlət büdcəsinə daxil olması təmin edilib.

Nazirliyin analitik informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə büdcəyə 2 430,9 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23% çoxdur. Vergi daxilolmalarının 44,8%-i mənfəət vergisi, 22,8%-i əlavə dəyər vergisi, 11,8%-i fiziki şəxslərin gəlir vergisi, 7,5%-i aksizlər, 13,1%-i isə digər vergilərin payına düşüb.

«Bu dövrdə ölkə üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 58 952 olub. Cari il iyulun 1-dən oktyabrın 31-dək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 6 622 nəfər olub. Bu ilin noyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 413 513 təşkil edib. Eyni zamanda, 2011-ci ilin 10 ayı ərzində Azərbaycan üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,4% təşkil edib», - deyə analitik informasiya şöbəsindən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR