Bank Of Baku

Türkiyədən Suriyaya ixracın həcmi son iki ayda 10% azalıb

Türkiyədən Suriyaya ixracın həcmi son iki ayda 10% azalıb
# 17 noyabr 2011 15:03 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin ilk 9 ayında Türkiyədən Suriyaya ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artıb. “APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan açıqlama verib.

Onun sözlərinə görə, oktyabr və noyabr aylarında bu artımda azalma qeydə alınıb: “Oktyabr və noyabr aylarında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb”.

Z.Çağlayan Türkiyəni “Suriyanın tək çıxış qapısı” adlandırıb: “Türkiyə Suriya iqtisadiyyatının şah damarıdır və bu qapının bağlanması Suriyanı daha da yalnızlaşdıracaq”.

Qeyd edək ki, bu ilin mart ayında Suriyanın Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb və hökumətə qarşı ümummilli hərəkata çevrilib. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir. Baş verən toqquşmalarda indiyədək 3500 nəfərdən artıq adam həlak olub. Ötən həftənin sonunda Bəşər Əsəd tərəfdarlarının Dəməşq və Hələb şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərinə hücum etməsi Ankara və Dəməşq arasındakı gərginliyi pik nöqtəyə çatdırıb, rəsmi Ankara Dəməşqi elektrik enerjisini kəsə biləcəyi ilə hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR