Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzinin aktivləri 18% artıb

Azərbaycan Milli Depozit Mərkəzinin aktivləri 18% artıb
# 17 noyabr 2011 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Depozit Mərkəzi (MDM) aktivlərinin ümumi həcmini 17,6% artırıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin III rübü ərzində 12 yeni emitentlə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanıb: «Saxlanmaya əlavə 810 mln. manat cəlb olunub ki, MDM-in ümumi aktivlərinin həcmi 5,4 mlrd. manata qədər artıb».

Qeyd edək ki, MDM 1997-ci ilin sentyabr ayının 18-də qapalı tipli səhmdar cəmiyyəti formasında öz fəaliyyətinə başlayıb. Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 1999-cu ildə fəaliyyətə başlanmasından sonra həmən ilin sentyabr ayının 8-də MDM yenidən təsis olunub. Bu tarixdən etibarən MDM-in təsisçisi və bütün səhmlərinin mülkiyyətçisi kimi QKDK çıxış edir. MDM-in əsas fəaliyyəti depozitar və reyestrsaxlayıcı xidmətlərinin göstərilməsi, o cümlədən, qiymətli kağız sahiblərinin hüquqlarının uçotu və səhmdar cəmiyyətlərinin səhmdarlarının reyestrinin saxlanılması və aparılmasından ibarətdir. MDM Avrasiya Mərkəzi Depozitarların Assosiyasiyasının həmtəsisçilərinin tərkibinə daxil olub və onun tamhüquqlu iştirakçısıdır, habelə Milli Nömrələyici Agentliyi seçilərək Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə global əməkdaşlıq haqqında saziş bağlayıb.

MDM-nin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM-də xidmət olunan emitentlərin sayı 1200-dən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR