Bank Of Baku

«Azərpoçt» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulur

«Azərpoçt» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulur
# 17 noyabr 2011 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisənin uzun müddətdir «Contact»la apardığı danışıqlar uğurla başa çatıb. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində yaxın vaxtlarda müəssisə «Contact» beynəlxalq pulköçürmə sisteminə qoşulacaq.

Hazırda bu istiqamətdə test işləri aparılır. Eyni zamanda, bəzi texniki məsələlər də öz həllini tapmalıdır. Bütün bunlara baxmayaraq, «Contact» pul köçürmələri sisteminin «Azərpoçt» MMC şəbəkəsində tam şəkildə tətbiqi bir neçə günə reallaşacaq.

Qeyd edək ki, hazırda «Zolotaya Korona» və «Coinstar» pulköçürmə sistemlərinə qoşulmaq üçün tərəflər arasında danışıqlar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR