Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 18 noyabr 2011 11:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən daha bir sığorta şirkətinə - «AzSığorta» ASC-yə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, şirkətə əvvəllər verilmiş 5 illik lisenziyanın müddətinin başa çatması ilə əlaqədar Nazirlik sığorta şirkətinə yeni, müddətsiz lisenziya verib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Cari il noyabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 9,446 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR