Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-sentyabr ayları ərzində pul kütləsi 20,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 34,6% artaraq 9 630,3 mln. manata çatıb:
(mln. AZN)
| 01.10.2010 | 01.01.2011 | 01.10.2011 |
M0 (nağd pullar) | 4 897,4 | 5 455,8 | 6 465,9 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 5 901,7 | 6 718,9 | 7 809,7 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 7 156,1 | 8 297,5 | 9 630,3 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 9 390,0 | 10 527,5 | 12 652,2 |
Cari ilin oktyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 67,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 1,3 faiz bəndi azdır.