Bank Of Baku

Küveyt Avropa Maliyyə Sabitliyi Fonduna vəsait yatıra bilər

Küveyt Avropa Maliyyə Sabitliyi Fonduna vəsait yatıra bilər
# 18 noyabr 2011 12:31 (UTC +04:00)
Bakı - APA-Economics. Küveyt Avropa Maliyyə Sabitliyi Fonduna (EFSF) vəsait yatıra bilər. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Küveytin İnvestisiyalar Bürosunun rəhbəri İd ər-Rəis ər-Rəşidi bildirib.

Frankfurt-Maynda keçirilən maliyyə konfransında çıxış edən nazir deyib ki, Küveytin EFSF-də iştirakı inestisiya şərtlərinin razılaşdırılmasından asılıdır.

Qeyd edək ki, EFSF 2010-cu ilin may ayında avrozonanın maliyyə çətinliyi yaşayan ölkələrinə yardım etməklə Avropada maliyyə sabitliyinin qorunması məqsədilə yaradılıb. Avropa İttifaqı liderlərinin son sammitində EFSF-nin həcminin 2,5 dəfə artırılaraq, 440 mlrd. avrodan 1 trln. avroya çatdırılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR