Bank Of Baku

Saakaşvili Rusiyanın ÜTT üzvlüyünə maneələri rəsmən aradan qaldırıb

Saakaşvili Rusiyanın ÜTT üzvlüyünə maneələri rəsmən aradan qaldırıb
# 18 noyabr 2011 13:05 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünə maneələri aradan qaldıran sənədləri imzalayıb. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Rusiya və Gürcüstan arasında müvafiq sənədlər paketi iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqların yekunu olaraq noyabrın 9-da imzalanıb.

Saakaşvilinin təsdiqlədiyi sənədlər arasında gömrük inzibatçılığının həyata keçirilməsi və ticarət monitorinqi mexanizminin əsas prinsipləri haqqında hökumətlərarası saziş, iki ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı haqqında memorandum da var.

Xatırladaq ki, ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən 2000-ci ildən ÜTT üzvü olan Gürcüstanın vetosu Rusiyanın quruma üzvlüyünü əngəlləyib. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarət olub. Moskva bu şərtə razılıq vermədiyi üçün Gürcüstan da Rusiyanın ÜTT-yə üzvlüyünə maneələr yaradıb.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR