Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 23% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 23% artıb
# 18 noyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-sentyabr aylarında 17 214,0 mln. manat, məxaric hissəsi isə 18 217,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-sentyabr ayarına nisbətən 22,5%, məxaric hissəsi isə 23,6% artıb.

Göründüyü kimi, yanvar-oktyabr aylarında bank kassa dövriyyəsində 1 003,7 mln. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 1 025,2 mln. manatlıq pul emissiyası həyata keçirilib. Bu göstərici ötən ilin 9 aylıq göstəricisindən 1,5 dəfə çoxdur.

Əvvəlki dövrlərdə olduğu kimi, bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 10 051,0 mln. manat və ya ümumi mədaxilin 58,4%-i daxil olub. Digər mənbələr sırasında 4 143,6 mln. manat həcmində və ya xüsusi çəkisi 24,1% olan hüquqi şəxslərdən daxilolmaları, 1 595,9 mln. manat həcmində və ya xüsusi çəkisi 9,3% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 6 158,3 mln. manat və ya 33,8%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 5 986,1 mln. manat və ya 32,8%, bankomatlara pul qoyuluşunun payına 5 517,8 mln. manat və ya 30,3% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR