Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin Strateji Planının layihəsi hazırlanıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Strateji Planının layihəsi hazırlanıb
# 19 noyabr 2011 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 14-18-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Regional Tədris Mərkəzində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) üçün strateji planlaşdırmaya dair seminar keçirilib. Bu barədə APA-ya DGK-dan məlumat verilib.

Tədbirdə çıxış edən DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirib ki, hazırda ÜGT üzvü olan bütün ölkələrdə bu qurumun potensialının gücləndirilməsi üzrə layihələr həyata keçirilir. Eyni zamanda, Azərbaycanda da bu sahədə müvafiq işlər görülür. Seminarın məqsədi isə bu işə töhfə vermək, Azərbaycan gömrük xidmətinin modernləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdir.

Ş.Bağırov qeyd edib ki, Dövlət Gömrük Komitəsi üçün yeni Strateji Planın layihəsinin hazırlanması işinə başlamaq qərara alınıb. Bu planın layihəsi ÜGT ekspertlərinin iştirakı ilə hazırlanacaq.

Seminar ərzində tədbir iştirakçıları DGK-nın yeni Strateji Planının layihəsini hazırlayıb, noyabrın 18-də isə həmin layihə Komitə rəhbərliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR