«Facebook» vasitəsilə pul göndərmək mümkün olacaq

«Facebook» vasitəsilə pul göndərmək mümkün olacaq
# 19 noyabr 2011 16:04 (UTC +04:00)
Onlar bunu «PayPal» ödəmə sisteminin xüsusi olaraq «Facebook» üçün hazırladığı «Send Money» əlavəsi vasitəsilə həyata keçirə biləcəklər. «APA-Economics»in «Mashable»a istinadən verdiyi məlumata görə, bununla da «PayPal» və «Facebook»un servisləri birləşdirilib.

«PayPal» nümaynədəsi Anuy Nayar bildirib ki, bu, pul göndərişlərini personallaşdırmaq üçün daha bir vasitədir.

Yeni əlavə şəbəkə istifadəçilərinə imkan verir ki, pulu bir-birlərinə göndərsinlər və ya elektron açıqcaya qoysunlar. Bu zaman «PayPal»dakı hesabdan pulun götürülməsi üçün komisyon haqq nəzərdə tutulmayıb. Pulu göndərmək üçün «Send Money» əlavəsinə daxil olmaq, pulun kimə göndəriləcəyini seçmək, məbləği dəqiqləşdirib «PayPal» akkauntu üçün məlumatları yazmaq kifayətdir.

Qeyd edək ki, indiyədək «PayPal» vasitəsilə yalnız «Facebook» xidmətlərinin pulunu ödəmək mümkün olub. «Facebook»dakı digər yeniliklərdən biri şəbəkədəki dostlara «Skype» sistemi vasitəsilə zəng etmək imkanıdır. Hazırda «PayPal» vasitəsilə pul köçürmələrinin həcmi ayda 315 mln. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR