Bank Of Baku

Azərbaycanda əhalinin adambaşına gəlirləri 17% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri 17% artıb
# 21 noyabr 2011 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 17,4% artaraq 2 713,6 manat və ya orta hesabla ayda 271,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 9,1 faiz bəndi üstələyib. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 24,5 mlrd. manatlıq gəlirin 65,8%-i son istehlak xərclərinə, 7,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 24,4%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 22,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 20,2% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR