Bank Of Baku

«Rabitəbank»ın gəlirləri 2% artıb

«Rabitəbank»ın gəlirləri 2% artıb
# 21 noyabr 2011 07:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC 2011-ci ilin yanvar-sentyabr aylarını 884 min manat zərərlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 2,4% artaraq 11,156 mln. manat, o cümlədən faiz gəlirləri 9,911 mln. manat, qeyri-faiz gəlirləri 967 min manat təşkil edib.

Bu dövr ərzində bankın xərcləri 10,1% artaraq 12,047 mln. manat, o cümlədən faiz xərcləri 7,301 mln. manat, qeyri-faiz xərcləri 4,515 mln. manat, PR və marketinq xərcləri isə 56 min manata çatıb.

Təhlil olunan dövrdə bankın faiz mənfəəti 2,610 mln. manat, qeyri-faiz zərəri isə 3,548 mln. manat olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari il oktyabr ayının 1-nə bankın 20 filialı, 28 bankomatı və 153 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR