Bank Of Baku

Azərbaycan fond bazarında qiymətli kağızların emissiyası 95% artıb

Azərbaycan fond bazarında qiymətli kağızların emissiyası 95% artıb
# 21 noyabr 2011 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın fond bazarında 4 322,2 mln. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb ki, bu da 2010-cu ilin analoji dövrünə nisbətən 95,4% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 58,4%-ni səhmlər, 8,1%-ni dövlət istiqrazları, 22,5%-ni Mərkəzi Bankın notları, 10,5%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 202,8 mln. manatlıq və ya ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,8 dəfə az dövlət istiqrazları, 544 mln. manatlıq Mərkəzi Bankın notları (artım - 4,7 dəfə), 89,8 mln. manatlıq səhmlər (artım - 2,7 dəfə) və 493,8 mln. manatlıq korporativ istiqrazları (artım - 9,5 dəfə) Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Eyni zamanda, yanvar-sentyabr aylarında 22,7 mln. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 dəfə çox veksellər, 1 631 ədəd və yaxud 2010-cu ilin ilk 9 ayına nisbətən 12,8% az ipoteka kağızları emissiya edilib.

Bununla yanaşı, hesabat dövründə nominal dəyəri 31,7 mln. manat olan səhm, 38,5 mln. manatlıq dövlət istiqrazları, 9,6 mln. manatlıq Mərkəzi Bankın notları və 301,3 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR