Azərbaycanın peşə məktəblərində bank mütəxəssisləri hazırlanacaq - ARAŞDIRMA
Yeni təsnifatda iqtisadi peşələrin tədrisi genişləndirilib. Belə ki, peşə məktəblərində bank işi ixtisası üzrə də kadrlar hazırlanacaq və bura nəzarət işi (əmanət bankında) və xəzinədar peşələri aiddir. Digər maraqlı ixtisas mühasibatlıq işinə aiddir – peşə məktəblərində bu sahə üçün aid iki ixtisas – mühasib və əməliyyatcı-mühasib hazırlanacaq. Peşə məktəbində sığorta agenti, reklam işçisi, kommersiya agenti, nəzarətci-xəzinədar, turizm agenti, alış və təchizat üzrə agentlər də hazırlanacaq.
Ümumiyyətlə, yeni sənədə əsasən, peşə məktəblərində turizm ixtisaslarına geniş yer ayrılıb. Belə ki, peşə məktəblərində dağ-xizək turizm növü üzrə bələdçi, ekoturizm üzrə bələdçi, milli park bələdçisi, yerli bələdçi və s. ixtisaslar tədris olunacaq.
İlk dəfə olaraq peşə məktəblərində zərgərlər də hazırlanacaq. Yeni təsnifata əsasən, peşə məktəblərindəki ixtisaslara ağac üzərində oyma, milli oyma, dekorativ rəssamlıq da daxil edilib.
Yeni peşələrin siyahısına informasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servisi xidməti üzrə peşələr də daxil edilib. Bura kompyuterlərin təmiri və xidməti üzrə texnik, lokal şəbəkələrə xidmət üzrə texnik, veb-dizayner, kompyuter operatoru kimi populyar peşələr salınıb. Peşə məktəblərində tibbi avadanlığın (narkoz-tənəffüs aparatları və elektron tibbi cihazlar) təmiri üzrə mütəxəssislər də hazırlanacaq. Burada mobil telefonların təmiri ustası peşəsinə də yiyələnmək mümkün olacaq.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2010-cu ildə Azərbaycanın peşə liseylərini bitirən 10 602 məzundan yalnız 3 670-i işlə təmin olunub. Onlardan isə yalnız 2 459-u ixtisasına uyğun işləyir. Bundan başqa, mütəxəssislər ölkənin əmək bazarı ilə təhsil sistemi arasında ciddi disbalansın olduğunu bildirirlər.
Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev «APA-Economics»ə bildirib ki, ümumilikdə ölkədə hər il orta məktəbi 130-150 min gənc başa vurur. Onların təqribən 30 mini ali məktəblərə, 14-15 mini orta ixtisas məktəblərinə, təqribən 12 min gənc isə peşə məktəblərinə üz tutur, qalanlar isə faktiki olaraq peşəsiz qalır. Orta məktəbi bitirən məzunların təqribən 60%-nin əmək bazarında peşəsiz qaldığını Baş Məşğulluq Xidməti də təsdiqləyir.
Ümumilikdə, yeni təsnifatda peşə məktəblərində tədris olunan ixtisasların sayı 4 dəfə artırılıb. Belə ki, 2002-ci ildə təsdiqlənmiş əvvəlki klassifikatora əsasən, kadr hazırlığının 218 ixtisas üzrə aparılması nəzərdə tutulurdu.
Ötən dövr ərzində ölkədə baş verən sosial-iqtisadi inkişaf əmək bazarının tələbatını da dəyişib. Təhsil Nazirliyi texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov «APA-Economics»ə açıqlamasında bildirib ki, yeni sənəddə həm ixtisasların sayı təqribən 4 dəfə artırılaraq 800-ə çatdırılıb, həm də onlar iqtisadiyyatın daha çox sahələrini əhatə edir: «Yeni sənəd peşə təhsili sistemi ilə iqtisadiyyat arasında, daha dəqiqi işəgötürənlər arasında əlaqələrin güclənməsinə imkan verəcək».
Yeni peşələr üzrə tədris artıq növbəti tədris ilindən başlanacaq. Təhsil Nazirliyindən «APA-Economics»ə ya verilən məlumata görə, 2012-ci ilin sentyabrında qəbul planı yeni təsnifat üzrə veriləcək.
Maliyyə
İranda banklara növbəti kiberhücum olub
Azərbaycanda yeni BOKT yaradılıb
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Xəbər Lenti
KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq
Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir
Tramp: ABŞ Venesueladakı əməliyyat xərclərini neft hesabına 28 dəfə kompensasiya edib
DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb