Bank Of Baku

«Bank of Baku»nun xalis mənfəəti son bir ildə 84% artıb

«Bank of Baku»nun xalis mənfəəti son bir ildə 84% artıb
# 21 noyabr 2011 09:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nın nizamnamə kapitalı son bir ildə 104% artaraq 2011-ci il oktyabrın 1-nə 26,18 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın aktivləri keçən ilin analoji göstəriciləri ilə müqayisədə 24% artaraq 284,785 mln. manata çatıb.

Həmçinin, 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 20% genişlənərək 210,210 mln. manat təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 39% artaraq 156,384 mln. manat məbləğinə çatıb. Bankın xalis mənfəəti 19,871 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 84% çoxdur.

«Bank of Baku»nun kredit portfelinin həcmində də artım müşahidə olunub və 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə kredit portfelinin həcmi 35% artaraq 242,190 mln. manat təşkil edib. O cümlədən, 2010-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 58% artaraq 198,240 mln. manata çatıb. Oktyabrın 1-nə «Bank of Baku»nun müştərilərinin ümumi sayı 370 mindən çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR