Bank Of Baku

«Zaminbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Zaminbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 21 noyabr 2011 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Zaminbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7 299 ədəd, emissiyanın ümumi həcmi isə 1 459,8 min manat təşkil edir. «Zaminbank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Texnika Kapital Menecment» şirkəti şirkəti çıxış edir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 11% artaraq 14 653,8 min manata çatacaq.

Xatırladaq ki, «Zaminbank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 34 bankomatı, 1 891 POS-terminalı mövcuddur. Cari il iyul ayının 1-nə bankın nizamnamə kapitalı 13,194 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR