Bank Of Baku

Bakı Fond Birjasına yeni sədr təyin olnub

Bakı Fond Birjasına yeni sədr təyin olnub
# 21 noyabr 2011 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasının (BFB) səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Bu barədə «APA-Economics»ə BFB-dan məlumat verilib.

Fondan verilən məlumata əsasən, iclasda BFB-nin yeni İdarə Heyətinin sədri seçilib. Belə ki, cari ilin oktyabrın 5-də başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizə yazan Fondun İdarə Heyətinin sədri Xəyal Abdinovun səlahiyyətlərinin icra edilməsi Risklərin İdarəsi Qrupunun rəhbəri Emin Əliyevə həvalə edilib: «Səhmdarların Ümumi Yığıncağında Emin Əliyev bu vəzifəyə rəsmən təyin olunub».

Bundan başqa, iclasda BFB-nin İdarə Heyətinin sədrinin müavini, Biznesin İnkişafı direktoru Vahid Novruzov öz istəyi ilə işdən azad edilməsi haqqında ərizə təqdim edib ki, hazırda bu vəzifə vakant olaraq qalmaqdadır.

Qeyd edək ki, E.Əliyev 1978-ci ildə anadan olub, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində, 2000-2001-ci illərdə İtaliyanın Siyena Universitetində, 2003-2007-ci illərdə Azərbaycan Prezidenti yanında Ali İdarəçilik Akademiyasında təhsil alıb. O, 2005-ci ildən etibarən bank sistemində, daha sonra isə yerli və xarici qiymətli kağızlar bazarları və maliyyə konsaltinqi sahəsində çalışıb. Ailəlidir, bir oğlu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR