Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə 18% artıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə 18% artıb
# 21 noyabr 2011 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 2 018,4 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 17,7% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ilin əvvəlindən əsas kapitala yönəldilmiş vəsaitin 1 685,2 mln. manatı (83,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya, Fransa və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR