Bank Of Baku

Macarıstan da Avropa İttifaqından maliyyə yardımı istəyib

Macarıstan da Avropa İttifaqından maliyyə yardımı istəyib
# 21 noyabr 2011 12:49 (UTC +04:00)
Bakı - APA-Economics. Avropanın maliyyə çətinlikləri yaşayan daha bir ölkəsi Avropa İttifaqından (Aİ) yardım istəyib. “APA-Economics”in xəbərinə görə, Macarıstan bu gün Avropa Komissiyasına rəsmən müraciət edib.

Avropa Komissiyasının mətbuat xidmətindən faktı təsdiqləyərək bildiriblər ki, rəsmi Budapeşt analoji xahişlə Beynəlxalq Valyuta Fonduna (BVF) da müraciət edib.

“Macarıstanın müraciəti Aİ və BVF-nin üzvləri tərəfindən ciddi araşdırılacaq” - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR