Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 25% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 25% artıb
# 21 noyabr 2011 13:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivləri noyabrın 1-nə 362,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 73,5 mln. manat və ya 25,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 25 mln. manat və ya 10,9% artaraq 254,6 mln. manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi noyabrın 1-nə 155,9 mln. manat olub, əhalinin əmanətlərinin həcmi isə 96,1 mln. manat təşkil edib, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,9% və ya 15,3 mln. manat artıb.

Bankın nizamnamə kapitalı 21 mln. manat, məcmu kapitalı isə 49,8 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR