Bank Of Baku

«VTB Azerbaijan»ın məcmu kapitalı son bir ildə 24% azalıb

«VTB Azerbaijan»ın məcmu kapitalı son bir ildə 24% azalıb
# 21 noyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 50,244 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 81% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3 dəfə artaraq 41,518 mln. manat, depozit portfeli isə 37% artaraq 2,650 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 24% azalaraq 16,928 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 23,815 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 4,9 dəfə artaraq 3 013, o cümlədən fiziki şəxslərin sayı 5,5 dəfə artaraq 2,753, hüquqi şəxslərin sayı isə 2,2 dəfə artaraq 260 olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR