Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın qeyri-faiz zərəri kəskin artıb

«YapıKredi Bank Azerbaijan»ın qeyri-faiz zərəri kəskin artıb
# 21 noyabr 2011 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin 2011-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 5,405 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,7% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirlərinin həcmi 5% azalaraq 13,842 mln. manat, o cümlədən faiz gəlirləri 6,3% azalaraq 8,995 mln. manat, qeyri-faiz gəlirləri isə 27% azalaraq 4,486 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın xərcləri 1,9% azalaraq 8,077 mln. manat, o cümlədən faiz xərcləri 42% azalaraq 1,165 mln. manat, qeyri-faiz xərcləri isə 11% artaraq 6,912 mln. manat, PR və marketinq xərcləri isə 22% artaraq 45,4 min manat olub.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 21% artaraq 7,830 mln. manat, qeyri-faiz zərəri isə 18 dəfə artaraq 2,426 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama» (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 8 filialı, 17 bankomatı və 135 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR