Bank Of Baku

Çin Ukraynaya BVF-dən kredit almadan keçinməkdə kömək edəcək

Çin Ukraynaya BVF-dən kredit almadan keçinməkdə kömək edəcək
# 21 noyabr 2011 14:49 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Bankı Ukraynaya Beynəlxalq Valyuta Fondunun (BVF) krediti əvəzinə maliyyə yardımı təklif edib. “APA-Economics”in xəbərinə görə, bu barədə “Kommersant-Ukraina” qəzeti məlumat yayıb.

Müşahidəşilərin fikrincə, Ukraynanın baş naziri Nikolay Azarovun “Ukrayna hələ 1 il BVF-dən borc almadan keçinə bilər” bəyanatı məhz bu amillə izah olunur. Bununla belə, 2012-ci ildə Ukrayna BVF-dən əvvəl alınmış kreditlərə görə ödəniş etməyə başlayacaq. gələn il ödənişin həcmi 3,4 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, 2008-2009-cu illərdə Ukrayna BVF-də 10,5 mlrd. dollar kredit alıb. Fond bu kredit proqramının yerinə yetirilmə səviyyəsindən razı qalmayıb və Kiyevi struktur islahatları aparmadığına görə sərt tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR