Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişafı Bankı Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığı dərinləşdirir

Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişafı Bankı Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığı dərinləşdirir
# 22 noyabr 2011 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişafı Bankı (AİB) Qafqazda və Mərkəzi Asiyada enerji və özəl sektorlarının dəstəklənməsi layihələrində birgə fəaliyyət göstərməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb. «APA-Economics»in məlumatına görə, memorandumu Londonda keçirilən tədbirdə AİYB prezidenti Tomas Mirou və AİB prezidenti Xaruxiro Kuroda imzalayıblar.

T.Mirou qeyd edib ki, bu kimi təşkilat regionda iqtisadi potensialın artırılmasına dəstək verir, özəl sektor, infrastruktur və digər sahələrdə layihələr həyata keçirir. X.Kuroda öz növbəsində bildirib ki, fəaliyyətin bu strukturda kooperasiyası həm bankların müştəriləri, həm onların özləri üçün çox faydalı olacaq. Əməkdaşlığın yeni formatı daha da yaxın fəaliyyyətə imkan yaradacaq.

Qeyd edək ki, bu iki qurum artıq bir neçə layihə və sahələrdə birgə fəaliyyət göstərir. Belə ki, noyabrın 23-24-də Bakıda keçiriləcək Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 10-cu Nazirlər Konfransında Avropa Yenidənqurma və İnkişaf Bankı da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR