Bank Of Baku

Azərbaycan gələn il milli valyutanın dollara qarşı məzənnəsini sabit saxlayacaq

Azərbaycan gələn il milli valyutanın dollara qarşı məzənnəsini sabit saxlayacaq
# 22 noyabr 2011 10:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu 2012-ci il dövlət büdcəsinin layihəsi üzrə parlamentdə keçirilən müzakirələrdə iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında bildirib.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda istehsalat və xidmət müəssisələrinin tikintisi əhəmiyyət kəsb edir. Hazırda regionlarda 200-dən çox müəssisənin, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir. Sənayenin inkişafına dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, sənaye sisteminin modernləşməsinə, yeni iş yerlərinin açılmasına imkan yaradılacaq.

Kimya sənayesində 20,8%-lik artım gözlənilir, metallurgiyada isə proqnozlaşdırılan 16,3%-lik artım Gəncə şəhərində yeni zavodun istifadəyə verilməsi ilə bağlı olacaq. Tikinti materiallarında 9,3%, qida məhsulları istehsalında 4,1% artım proqnozlaşdırılır. Gələn il ölkədə gübrə zavodunun tikintisi, sənaye parkının yaradılması qeyri-neft sektorunun, ilk süni kosmik peykin orbitə çıxarması isə İKT sahəsinin inkişafına təkan verəcək.

Gələn il neft sektoruna 4,3 mlrd. manat, qeyri-neft sektoruna 9,3 mlrd. manat həcmində investisiyanın yatırılması gözlənilir.

Nazir bildirib ki, 2012-ci ildə əsas üstünlük sosial layihələrin icrasına veriləcək və 2013-cü ildə minimum əmək haqqı yaşayış minimumuna çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR