Bank Of Baku

Azərbaycan Hesablama Palatası 2012-ci ilin büdcə xərclərinə müsbət rəy verib

Azərbaycan Hesablama Palatası 2012-ci ilin büdcə xərclərinə müsbət rəy verib
# 22 noyabr 2011 11:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası ölkənin 2012-ci il dövlət büdcənin layihəsinə müsbət rəy verib və rəylər parlamentarilərə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Palatanın sədri Heydər Əsədov büdcə layihəsi üzrə parlamentdə keçirilən müzakirələr zamanı çıxışında bəyan edib.

H.Əsədov qeyd edib ki, büdcə kəsiri ilbəil azalır, real sektorda, bank sektorunda sabitliyi saxlamaq hesabına büdcə kəsirinin saxlanılması məqbul hesab edilə bilər: «Büdcədəki yenilik kimi onu qeyd etmək olar ki, birinci dəfədir ki, Milli Məclisə növbəti il və sonrakı 3 il üçün layihələr ayrılıqda təqdim olunur. Ehtiyat fondlarının həcminin artırılması doğru addımdır. Belə bir dövrdə, dünya iqtisadiyyatındakı problemlərin həllinə dair vahid konsepsiya yoxdur. Belə bir şəraitdə Palata ehtiyat fondlarının artırılmasını doğru hesab edir. Həmçinin, Hesablama Palatası borclanma strategiyasının qəbuluna ehtiyac duyur və ümumiyyətlə borclanmanın normativ hüquqi bazasını təşkil edən sənədlərin hazırlanmasına ehtiyac var».

Dövlət Neft Fondundan büdcəyə transferlərə toxunan Palata sədri bəyan edib ki, hazırda xarici valyutalara olan inamı və mövcud durumu nəzərə alaraq, yığım strategiyasının həyata keçirilməsinə önəm verilmir və belə olan halda vəsaitlərin büdcəyə yönəldilməsi doğrudur.

H.Əsədovun fikrincə, artıq kredit sərəncamçılarının hesabat verməsinin vaxtı çatıb, hər bir sahə üzrə meyarlar müəyyənləşməli və həmin sahələr üzrə hesabatlar verilməlidir. Eyni zamanda Palatanın sədri Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitləri əsaslı hesab edir və ayırmaların artırılmasının tərəfdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR