Bank Of Baku

Azərbaycan hökuməti parlamentdə 2012-ci il dövlət büdcəsinin təqdimatını keçirib

Azərbaycan hökuməti parlamentdə 2012-ci il dövlət büdcəsinin təqdimatını keçirib
# 22 noyabr 2011 12:41 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, dövlət büdcəsinin layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib.

S.Şərifovun sözlərinə görə, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 436,4 mln. manat, xərcləri 16 984,4 mln. manat, büdcə kəsiri 548 mln. manat həcmində proqnozlaşdırılır. Gələn ilki büdcənin gəlirlərinin ÜDM-ə nisbəti 37,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1 faiz bəndi çoxdur.

Gələn il Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5,1 mlrd. manat vəsait daxil olması gözlənilir. Bakı şəhəri istisna olunmaqla, rayon və digər şəhərlər üzrə gəlirlər 410 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə gəlirlərinin 1,2 mlrd. manat, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,905 mlrd. manat olacağı proqnozlaşdırılır.

Cari xərclərin büdcədə xüsusi çəkisi 3% artıb. Təhsil xərcləri 12,6%, elm xərcləri 7%, müdafiə xərcləri isə 1,2% artımla nəzərdə tutulub.

Qeyd edək ki, büdcənin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin 2010-2012-ci illər üçün hazırladığı makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Belə ki, neftin 1 barelinin qiyməti 80 dolları səviyyəsində nəzərə alınıb. Dövlət büdcəsi və icmal büdcənin tərtibinə ehtiyatla yanaşılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR