Bank Of Baku

Yaxın 4 ildə Azərbaycanda orta illik iqtisadi artımın 6,3% olacaq

Yaxın 4 ildə Azərbaycanda orta illik iqtisadi artımın 6,3% olacaq
# 22 noyabr 2011 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda iqtisadi artımın 5,7%, 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3% olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu 2012-ci il dövlət büdcəsinin layihəsi üzrə parlamentdə keçirilən müzakirələrdə iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında bildirib.

Nazir qeyd edib ki, adambaşına düşən ÜDM 2012-ci ildə 4 744 manatdan 2015-ci ildə 5 963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək: «Növbəti il üçün manatın dollara məzənnəsi 79 qəpik qəbul edilib və inflyasiya tempi 6% proqnozlaşdırılır. Büdcə kəsirinin ÜDM-ə nisbəti 1,3%, xarici dövlət borcunun yuxarı həddi 2 mlrd. manat nəzərdə tutulub. Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib, 1 barelin qiyməti gələn il üçün 80, növbəti 3 il üçün isə 75 dollar qəbul edilib».

Ş.Mustafayevin sözlərinə görə, 2010-cu ildə neft sektorunun ÜDM-də payı 48,5% təşkil edirdisə, 2015-ci ildə bu göstəricinin 29,3%-ə qədər azalacağı və qeyri-neft sektorunun payının müvafiq olaraq 44,4%-dən 61,3%-ə qədər artacağı proqnozlaşdırılır.

«Son illərdə olduğu kimi, 2012-ci ildə də iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına təmin olunmaqla, 2012-ci ildə 8,6%, növbəti üç ildə isə orta hesabla 8% təşkil edəcəyi gözlənilir. Ümumiyyətlə, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sahibkarlığın maliyyə, infrastruktur, məsləhət və informasiya təminatının yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dəstəklənməsi istiqamətində tədbirlər davam etdiriləcək və nəticədə ÜDM istehsalında özəl sektorun payı artaraq 2015-ci ildə 86,8%-ə çatacaq», - deyə nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR