Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti xaricə gedən turistin müalicəsi ilə bağlı 30 min avro ödəyib

«Atəşgah Sığorta» şirkəti xaricə gedən turistin müalicəsi ilə bağlı 30 min avro ödəyib
# 22 noyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 30 min avro həcmində ən iri sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığorta müqaviləsinə əsasən, fiziki şəxs «Atəşgah Sığorta» şirkətində sığortanın qeyd edilən növü üzrə polis əldə edib və İsveçə qohumlarının yanına gedib.

Xarici ölkədə olduğu müddət ərzində sığortalanmış şəxsin səhhəti kəskin pisləşib, o xəstəxanaya yerləşdirilib və burada lazımi tibbi yardım alıb.

Müalicənin nəticəsinə görə, «Atəşgah Sığorta» şirkəti müştərinin müalicəsinə xərclərin ödənilməsi üçün klinikaya 30 min avro ödəniş edib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR