Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasını nəzərdə tutur. Aşağıdakı cədvəldə ölkədəki banklar aktivlərin 2011-ci il oktyabr ayının 1-nə həcminə görə sıralanıb. Cədvəldə həmçinin bankların məcmu aktivlər üzrə bazar payı (xüsusi çəkisi) qeyd olunub:
(mln. AZN)
Banklar | Aktivlər | Bazar payı (%) | |
1 | IBAR | 4 922,708 | 36,70 |
2 | Kapital Bank | 1 197,768 | 8,93 |
3 | Xalq Bank | 700,684 | 5,22 |
4 | Bank Standard | 691,989 | 5,16 |
5 | Texnikabank | 587,850 | 4,38 |
6 | PASHA Bank | 485,775 | 3,62 |
7 | Unibank | 404,573 | 3,02 |
8 | AccessBank | 358,827 | 2,67 |
9 | Demirbank | 347,001 | 2,59 |
10 | Zamin Bank | 316,852 | 2,36 |
11 | AGBank | 302,803 | 2,26 |
12 | Bank Respublika | 298,359 | 2,22 |
13 | Bank of Baku | 284,785 | 2,12 |
14 | Mugan Bank | 230,694 | 1,72 |
15 | Atabank | 199,610 | 1,49 |
16 | YapiKredi Bank Azerbaijan | 194,708 | 1,45 |
17 | Bank Nikoil | 189,401 | 1,41 |
18 | Royalbank | 186,144 | 1,39 |
19 | Azerbaijan Senaye Bank | 164,711 | 1,23 |
20 | Bank of Azerbaijan | 162,439 | 1,21 |
21 | Turanbank | 158,142 | 1,18 |
22 | Expressbank | 141,018 | 1,05 |
23 | Rabitabank | 126,133 | 0,94 |
24 | Parabank | 105,829 | 0,79 |
25 | SW Bank | 95,646 | 0,71 |
26 | Kredobank | 88,538 | 0,66 |
27 | Azer-Turk Bank | 65,430 | 0,49 |
28 | Bank Avrasiya | 65,398 | 0,49 |
29 | NBC Bank | 58,277 | 0,43 |
30 | Kavkaz Inkishaf Bank | 55,369 | 0,41 |
31 | VTB Azerbaijan | 50,244 | 0,37 |
32 | Deka Bank | 47,370 | 0,35 |
33 | Gandjabank | 47,324 | 0,35 |
34 | United Credit Bank | 45,528 | 0,34 |
35 | Gunaybank | 36,404 | 0,27 |
36 | Amrahbank* | - | - |
37 | Atrabank* | - | - |
38 | Azərbaycan Kredit Bankı* | - | - |
39 | AFB Bank* | - | - |
40 | Pakistan Milli Bankı – Bakı* | - | - |
41 | BTB Bank* | - | - |
42 | Euro Bank* | - | - |
43 | Naxçıvan Bank* | - | - |
44 | Melli İran Bankı – Bakı* | - | - |
* Bu banklar göstəriciləri təqdim etməyib
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 35 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır.