Bank Of Baku

Gələn il Azərbaycanda əhalinin real gəlirləri 7% artacaq

Gələn il Azərbaycanda əhalinin real gəlirləri 7% artacaq
# 22 noyabr 2011 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda orta aylıq əmək haqqının 432,5 manata, 2015-ci ildə isə 587,7 manata çatacağı, əhalinin real gəlirlərinin müvafiq olaraq 6,8% və 8,9% artacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu 2012-ci il dövlət büdcəsinin layihəsi üzrə parlamentdə keçirilən müzakirələrdə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayevin sözlərinə görə, 2012-ci ildə yaşayış minimumu 108 manat, 2015-ci ildə 135,1 manat təşkil edəcək: «Yaşayış minimumunun artması ilə yanaşı minimum əmək haqqının da artırılması planlaşdırılır. Belə ki, minimum əmək haqqının 2013-cü ildə yaşayış minimumuna çatdırılması gözlənilir. Bu da Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında (2008-2015-ci illər) qarşıya qoyulan ən vacib hədəflərdən daha birinə nail olunmasına imkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR