Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycanda əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması üçün hökumət mexanizm hazırlayır”

Oqtay Əsədov: “Azərbaycanda əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması üçün hökumət mexanizm hazırlayır”
# 22 noyabr 2011 13:49 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, bunu dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bununla bağlı qanun qəbul olunmalıdır. Qanun layihəsi ilə yanaşı, indeksləşdirmə və qaytarılma mexanizmi də hazırlanmalıdır: «Mən maliyyə naziri Samir Şərifovla danışmışam, bu istiqamətdə iş aparılır. Prezidentin də bununla bağlı böyük narahatlığı var. Mexanizm hazırlanandan sonra qanun layihəsi Milli Məclisə çıxarıla və biz onu qəbul edə bilərik. Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz çalışmalıyıq ki, qaytarılan əmanətlər Azərbaycanda qalsın, başqa yerə getməsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR