Bank Of Baku

«Sığortalı gələcək» layihəsi çərçivəsində keçirilən seminarlar başa çatıb

«Sığortalı gələcək» layihəsi çərçivəsində keçirilən seminarlar başa çatıb
# 22 noyabr 2011 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) «İrəli» İctimai Birliyi ilə birgə həyata keçirdiyi «Sığortalı gələcək» layihəsi çərçivəsində son seminar baş tutub.

DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da bir aydır davam edən seminarlara yekun vurulub.

Qeyd edək ki, DSNX və “İRƏLİ” İctimai Birliyinin birgə həyata keçirdiyi «Sığortalı gələcək» layihəsinin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə, sığorta işinin əhaliyə daha fərqli üsullarla çatdırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR