Bank Of Baku

Ankarada Qazaxıstan-Türkiyə hökumətlərarası komissiyasının növbəti toplantısı keçiriləcək

Ankarada Qazaxıstan-Türkiyə hökumətlərarası komissiyasının növbəti toplantısı keçiriləcək
# 22 noyabr 2011 14:24 (UTC +04:00)
Almatı. Ramiz Məşədihəsənli - APA. Noyabrın 23-25-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Türkiyə hökumətlərarası komissiyasının növbəti toplantısı keçiriləcək. Bu barədə APA-nın Mərkəzi Asiya bürosuna Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Altay Abibullayev bildirib.

Onun sözlərinə görə, toplantıdan sonra əvvəllər müzakirə olunaraq üzərində işlənməsi üçün yerli komissiyalara qaytarılan və iki ölkə arasında əməkdaşlığı əks etdirən bəzi sənədlərin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, Qazaxıstan-Türkiyə hökumətlərarası İqtisadi Komissiyanın həmsədrləri Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan və Qazaxıstanın turizm və idman naziri Talqat Ermegiyayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR