Bank Of Baku

Azərbaycan maliyyə təşkilatları üçün vergi güzəştlərini ləğv edir

Azərbaycan maliyyə təşkilatları üçün vergi güzəştlərini ləğv edir
# 22 noyabr 2011 14:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib.

Xatırladaq ki, 2009-cu ilin əvvəlindən qüvvəyə minən güzəştlərin müddəti 2012-ci ilin əvvəlində başa çatır və maliyyə təşkilatlarının kapitallaşması prosesini əhatə edib.

Nazir isə bildirib ki, hazırda bank və sığorta şirkətləri kifayət qədər gücləndiklərinə görə, həmin vaxt göstərilən güzəştə ehtiyac qalmayıb: «Həmin dövr üçün bu çox mühüm qərar idi ki, bank və sığorta şirkətlərinə dəstək verilsin. Amma artıq dünyada başqa proseslər gedir, banklarda aktivlər həddən artıq çoxdur, hətta onların harada yerləşdirilməsi problemləri yaranıb. Bankların xarici təşkilatlara borcları da əvvəlki kimi deyil, onların böyük hissəsi qaytarılıb. Ona görə də hesab etmirəm ki, bank və sığorta təşkilatlarına belə bir güzəşt verməyə ehtiyac var».

F.Məmmədovun sözlərinə görə, bu məsələ hökumətdə, o cümlədən Maliyyə Nazirliyi ilə də müzakirə olunub və bu, yekdil mövqedir.

Nazirin sözlərinə görə, indi banklar aktivlərin daha düzgün yerləşdirilməsinə çalışmalıdır: «O cümlədən yəqin ki, banklar faiz dərəcələrinə də yenidən baxmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR