Bank Of Baku

Bakıda «Sığorta işinin əsasları» mövzusunda seminar keçirilib

Bakıda «Sığorta işinin əsasları» mövzusunda seminar keçirilib
# 22 noyabr 2011 15:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və «Allianz Consult» şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil edilmiş «Sığorta işinin əsasları» mövzusunda treninq-seminar başa çatıb.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, treninqin 20 saatlıq proqramı 8 moduldan (Sığorta haqda ümumi anlayışlar, sığorta işinin təşkili və normativ-hüquqi baza, sığorta hüququnun əsas elementləri, sığorta və maliyyə sektorları, sığorta riskləri və tarifləri, sığorta fəaliyyətinin iqtisadiyyatı, sığortanın növləri, sığorta hadisələrinin tənzimlənməsi) ibarət olub.

Treninqdə «AzSığorta», «Atəşgah Sığorta», «Atəşgah Həyat Sığorta», «A-Group Sığorta», «AtaSığorta», «Rəvan Sığorta», «İpək Yolu Sığorta», «Paşa Sığorta», «Xalq Sığota», «Qarant Sığorta», «Standard Insurance», «AmrahSığorta», «Bakı Sığorta» və «Paşa Sığorta» şirkətlərinin nümayəndələri iştirak edib.

Treninq başa çatdıqdan sonra iştirakçılar 30 dəqiqəlik ekspress-test keçiblər. Testlərin nəticələrinə görə, ən yüksək xalı «Paşa Sığorta» şirkətinin əməkdaşı Murad Süleymanov toplayıb. Bununla yanaşı, ən fəal iştirakçılar «Bakı Sığorta» ASC-nin əməkdaşı Alxaszadə Nicat və «Rəvan Sığorta» ASC-dən Leyla Mustafayeva olub.

Sertifikatların təqdimetmə mərasimində ASA-nın sədri Azər Əliyev qeyd edib ki, istənilən biznesin uğuru orada işləyən insanların hazırlıq, ixtisas səviyyəsindən asılıdır: «Şirkət əməkdaşlarının daimi tədris prosesi, insan kapitalının inkişafına sərmayələr Azərbaycanın sığorta bazarının inkişafı üçün əsas rol oynayır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR