Bank Of Baku

Bu ilin sonunadək Azərbaycanda elektron ticarətə vergi güzəştləri tətbiq oluna bilər

Bu ilin sonunadək Azərbaycanda elektron ticarətə vergi güzəştləri tətbiq oluna bilər
# 22 noyabr 2011 15:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üzrə proqramın hazırlığı davam edir. Bu barədə «APA-Economics»ə vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq bəzi tədbirlərlə bağlı sənədlər hazırdır, digərlərinin üzərində işlər gedir: «Bu sənədlər dövlət başçısına eyni vaxtda təqdim olunacaq. Bu proqramla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, bunlar da parlamentdə təsdiqlənməlidir. Bu tədbirlərin güzəştlər və sanksiyalar hissələri var. Bunun üçün Vergilər Məcəlləsinə və “Mərkəzi Bank” haqqında qanuna dəyişiklik edilməlidir».

Dəyişikliklərin parlamentə gələn il təqdim olunacağı gözlənilir. Amma stimullaşdırma və güzəşt üzrə tədbirlər bu il tətbiq oluna bilər: «İlk növbədə elektron ticarət üçün güzəştlərin tətbiqi gözlənilir».

Nazir bildirib ki, paralel olaraq POS-terminalların sayı da artmaqdadır: «İlin əvvəlində 2 min POS-terminal olduğu halda, indi POS-terminalların sayı 14 mini keçib ki, bunun da 12 mini Bakıdadır».

Qeyd edək ki, hazırda Nazirlər Kabineti və Mərkəzi Bankda POS-terminalların tətbiqi ilə bağlı yeni qərar hazırlanır. Bu, POS-terminalların quraşdırılması qrafikinə aid olacaq. Ümumilikdə isə qarşıdakı 6 ay ərzində ölkədə əlavə olaraq 10-30 min yeni POS-terminalların quraşdırılması nəzərdə tutulur. Nazir POS-terminalların quraşdırılması üçün banklara böyük dəstək və güzəştli kreditlər verildiyini, həm də digər problemlərin həll olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR