Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 30% artıb

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 30% artıb
# 23 noyabr 2011 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının əvvəlinə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin qalığı 3,6 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 798,7 mln. manatı və ya 49,7%-i milli, 1 823,7 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,4% və 17,5% artıb.

Qeyd edək ki, 2011-ci ilin oktyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,51 manat, 1 avroya 1,08 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,73 manat və 1,11 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR