Bank Of Baku

Avropa İttifaqının daha 5 ölkəsi maliyyə problemləri ərəfəsindədir

Avropa İttifaqının daha 5 ölkəsi maliyyə problemləri ərəfəsindədir
# 23 noyabr 2011 08:26 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Aİ-nin iqtisadiyyat və pul-kredit siyasəti üzrə komissarı Olli Ren açıqlama verib.

Onun sözlərinə görə, müvafiq xəbərdarlıqlar Macarıstan, Belçika, Polşa, Kipr və Maltanın hökumətlərinə göndərilib: “Hazırda Avropa Komissiyası bu ölkələrdən xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq üçün qətiyyətli addımlar gözləyir”.

O.Ren qeyd edib ki, Avropa Komissiyasına milli büdcələrin formalaşmasına müdaxilə etmək üçün səlahiyyətlər lazımdır: “Bu, avrozonanın bütün dövlətlərinə aiddir və Avropa Komissiyası üçün milli büdcələrin formalaşması məsələsində daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutur”.

Qeyd edək ki, O.Renin adını çəkdiyi ölkələrdən biri - Macarıstan artıq maliyyə yardımı almaq üçün Aİ-yə və Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR