Bank Of Baku

Yaxın illərdə Azərbaycanın xarici ticarət dövriyyəsinin orta hesabla 5% artacağı gözlənilir

Yaxın illərdə Azərbaycanın xarici ticarət dövriyyəsinin orta hesabla 5% artacağı gözlənilir
# 23 noyabr 2011 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın xarici ticarət tərəfdaşlarının 150-yə çatması nəzərə alınmaqla, xarici ticarət dövriyyəsinin 2012-ci ildə 6,3%, növbəti 3 ildə isə orta hesabla 4,7% artacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında bildirib.

Nazir qeyd edib ki, o cümlədən qeyri-neft ixracının 2012-ci ildə 21,3%, sonrakı 3 ildə isə orta hesabla 13,1% artacağı gözlənilir: «Xarici ticarət saldosunun 2015-ci ildə 15,9 mlrd. ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansı üzrə müsbət meyllərin növbəti illərdə də davam edəcəyi gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR