Bank Of Baku

ABŞ banklarının rüblük mənfəəti 4 illik maksimuma çatıb

ABŞ banklarının rüblük mənfəəti 4 illik maksimuma çatıb
# 23 noyabr 2011 09:43 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin III rübündə ABŞ banklarının mənfəəti 35,3 mlrd. dollara çatıb ki, bu da 2007-ci ilin II rübündən bəri ən yüksək göstəricidir.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyası (FDIC) məlumat yayıb.

Kredit təşkilatlarının ümumi mənfəəti ötən ilin müvafiq dövrü (23,8 mlrd. dollar) ilə müqayisədə 48% artıb. Bundan başqa, ölkə banklarının cəmi 14,3%-i cari ilin iyul-sentyabr aylarında zərərə uğradığını bəyan edib ki, bu da 2008-ci ilin I rübündən bəri ən aşağı göstəricidir.

Bu ilin II rübü ilə müqayisədə ABŞ-da problemli maliyyə-kredit təşkilatlarının sayı 865-dən 844-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR