Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq tarixi-mədəni abidə sığortalanıb

Azərbaycanda ilk dəfə olaraq tarixi-mədəni abidə sığortalanıb
# 23 noyabr 2011 10:15 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bununla bağlı bu gün keçirilən tədbirdə “Atəşgah Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib ki, Abşeron yarımadasının mərkəzində - Köhnə Suraxanı qəsəbəsi ərazisində yerləşən “Atəşgah” od məbədi “Atəşgah” Sığorta Qrupunun şəxsi vəsaiti hesabına 3 mln. ABŞ dolları məbləğində sığortalanıb.

Sığorta müqaviləsinə əsasən, burada faydalanan tərəf Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Ə.Mədətli qeyd edib ki, mövcud müqavilə üzrə risklər “Atəşgah” sığorta şirkətinin obliqator təkrar sığorta proqramı çərçivəsində əsas təkrarsığortaçısı Almaniyanın ən iri təkrarsığortaçılarından olan “Hannover Re” başda olmaqla Avropanın təkrarsığorta bazarında təkrar sığortalanıb.

Ə.Mədətli bildirib ki, 1 il müddətinə sığortalanan məbəd yanğın, ildırım, ümumilikdə əmlak sığortasına aid olan bütün risklər üzrə sığortalanıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev “Atəşgah” sığorta şirkətinin bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bir neçə tarixi abidə var ki, UNESCO-nun siyahısına əlavə edilib. “Atəşgah” od məbədinin də bu siyahıya salınması üçün müvafiq işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR