Bank Of Baku

Azərbaycan sosial ipotekanı genişləndirə bilər

Azərbaycan sosial ipotekanı genişləndirə bilər
# 23 noyabr 2011 10:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bildirən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov sosial ipotekanın mühüm sosial proqram olduğunu vurğulayıb və əlavə vəsaitin lazım olduğunu bəyan edib.

E.Rüstəmovun sözlərinə görə, sosial ipotekanın genişləndirilməsi üçün ölkə müvafiq maliyyə imkanlarına malikdir: «Sosial ipoteka ala biləcək gənclərin sayı 100 min nəfərdir. Bu gün banklarda sosial ipoteka üçün növbəyə duranların tələbi 80 mln. manatdır. Hesab edirik ki, sosial ipotekanın şərtlərini daha da yüngülləşdirmək olar. Fikrimcə, bu, cari ildə həllini tapa bilər».

Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun xətti ilə maliyyələşdirilən sosial ipoteka kreditlərinin faiz dərəcəsi AİF-in xətti ilə verilən adi kreditlərin faiz dərəcəsindən 2 dəfə aşağıdır və illik 4% təşkil edir. Eyni zamanda, maksimal məbləğ burada 50 min manat deyil, 35 min manatdır, maksimal müddət 35 il deyil 30 ildir, ilkin ödəniş isə 20% deyil 15%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR