Bank Of Baku

“DəmirBank” smart sayğacları üzrə qaz pulu ödənişlərinin xidmətinə başlayıb

“DəmirBank” smart sayğacları üzrə qaz pulu ödənişlərinin xidmətinə başlayıb
# 23 noyabr 2011 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin Əməliyyat İdarəsi, Xəzər, Nərimanov, Nizami, Xətai, Sabunçu, Sumqayıt və Ağsu filialları smart sayğacları üzrə qaz pulu ödənişləri xidmətini təqdim edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, smart sayğacı istifadəçisi bu filiallardan birinə yaxınlaşıb qaz pulunu ödəyə bilər.

Qeyd edək ki, ödəniş əsasında müştəriyə çek təqdim olunur. Smart sayğaclarının istifadə coğrafiyasına uyğun olaraq smart qaz ödəniş xidmətləri bankın digər filiallarında da tətbiq ediləcək.

Bununla yanaşı, «DəmirBank»ın plastik kart sahibləri kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin https://billpay.demirbank.az səhifəsində onlayn ödənişini həyata keçirə bilər. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə «DəmirBank»ın 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

«DəmirBank» eləcə də müştərilərə bankın bütün filiallarında kommunal (işıq, qaz, su), mobil və stasionar rabitə, internet, kabel TV və yol hərəkəti qaydalarının pozulması üzrə cərimələrin ödənişini də təklif edir.

Qeyd edək ki, hazırda bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Filialların 13-ü paytaxt Bakıda, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR