Bank Of Baku

Azərbaycan prezidenti Asiya İnkişaf Bankının rəhbərini qəbul edib

Azərbaycan prezidenti Asiya İnkişaf Bankının rəhbərini qəbul edib
# 23 noyabr 2011 13:17 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, prezident Mərkəzi Asiya ölkələrinin Əməkdaşlıq Proqramının 10-cu yubiley Nazirlər Konfransının Bakıda keçirilməsindən məmnunluğunu bildirib. Dövlət başçısı İ. Əliyev qarşılıqlı regional əməkdaşlığın və tərəfdaşlıq əlaqələrinin önəmini qeyd edib. Son illər Azərbaycanda genişmiqyaslı sosial və infrastruktur layihələrinin icrası istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan dövlət başçısı elektrik enerjisinin istehsalı, xüsusilə alternativ və bərpa olunan enerji layihələrinin icrası, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, yeni hava limanlarının tikintisi və dəniz nəqliyyatının inkişafı, Bakı şəhərində yeraltı nəqliyyat şəbəkəsinin genişləndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən proqramların əhəmiyyətini qeyd edib.

H. Kurado Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən abadlıq və quruculuq tədbirlərini yüksək qiymətləndirib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sosial infrastruktur layihələrinin rəhbərlik etdiyi banka üzv ölkələrin inkişaf strategiyasına tamamilə uyğun olduğunu vurğulayıb.

H. Kurado AİB-in Azərbaycanda həyata keçirilən bu layihələrdə daha yaxından iştirak etməkdə maraqlı olduğunu deyib. O, dünyada baş verən maliyyə böhranının Asiya ölkələrinə təsirinin azaldılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib.

Görüşdə Bankın Azərbaycanda həyata keçirdiyi layihələr müzakirə edilib, AİB ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR