Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı son bir ildə 9% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı son bir ildə 9% artıb
# 23 noyabr 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9% artaraq 355,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 165,5 manat, qeyri-neft sektorunda 332,5 manat, dövlət bölməsində 294,7 manat, özəl bölmədə 456,9 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 186,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 334,2 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR