Bank Of Baku

“Atəşgah Sığorta” şirkəti gələn il sığorta haqlarının 45% artacağını proqnozlaşdırır

“Atəşgah Sığorta” şirkəti gələn il sığorta haqlarının 45% artacağını proqnozlaşdırır
# 23 noyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 2012-ci il üçün 26 mln. manat həcmində sığorta haqqının yığılacağını proqnozlaşdırır ki, bu da 2011-ci ilin proqnozundan 44,4% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Tələt Səfərov bildirib.

T.Səfərovun sözlərinə görə, “İcbari sığortalar haqqında” qanun qəbul edildikdən sonra nəinki “Atəşgah Sığorta” şirkəti üzrə, hətta sığorta bazarında ciddi artım müşahidə olunacaq.

Xatırladaq ki, “Atəşgah” şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda “İSR Holding” (63%), “RanExim” şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR