Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb
# 25 noyabr 2011 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 7,4% üstələyərək 4,2 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata gör, artımın 63,7%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 3,2 mlrd. manatlıq və ya 6% çox pullu xidmətlər göstərilib.


Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 46,1 manatlıq və ya 4,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR